Gənc oğlan itkin düşüb- Sabirabadda

Sabirabadda gənc oğlan itkin düşüb. "42-CİPARALEL.AZ" xəbər verir ki, rayon sakini Alhüseynov Hüseyn Qorxmaz oğlunu 6 gündür tapa bilmirlər. İndiyə qədər bütün yaxınlarının apardığı axtarışların da faydası olmayıb.
Ona görə də, məcburiyyət qarşısında qalaraq, polisə və mediaya müraciət ediblər.
Hüseyn Alhüseynovun valideynləri onu görənlərdən xahiş edir ki, bununla bağlı 0506258759 saylı telefonla əlaqə saxlasınlar.