Ərdoğanla Putin barışdı- Əliyevlə Nazarbayev vasitəçi oldu

Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşması üçün Azərbaycanın vasitəçilik etdiyi təsdiqlənib.Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım hakim AKP-nin parlamentdəki qrup toplantısındakı çıxışı zamanı bildirib.
"Rusiya məsələsində önəmli irəliləyişlərin olduğunu millətimlə paylaşmaq istəyirəm. Münasibətlərimizdəki geriləməni düzəltmək üçün konstruktiv mövqe sərgilədik. İki lider arasında davam edən dolayısı təmaslar nəhayət cavab tapdı. Türkiyə ilə Rusiya arasındakı buzların əriməsi təmin olundu. Rusiya ilə Türkiyə arasında normallaşma prosesinin başlandığını deyə bilərik. Hər iki ölkə üçün xeyirli olsun. İşlərin bu nöqtəyə gəlməsində bir çoxlarının əməyi var. Xüsusən də qardaşlarımız Qazaxıstan və Azərbaycanın, bölgə ölkələrinin bu məsələdəki gərgin səyləri üçün minnətdarlıq edirik”-baş nazir deyib.