Zərdabda İcra başçısının iclasında nümayəndəsini həbs etdilər

{title

Zərdab rayonunda indiyə qədər baş verməyən hadisə qeydə alınıb. Rayon İcra Hakimiyyətinin binasında keçirilən iclas zamanı Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları içəri daxil olaraq, icra nümayəndələrindən birinin qoluna qandal vuraraq, aparıblar. 

 Aldığımız məlumata görə, həbs olunan məmur Zərdab rayonunun Bıçaqçı kəndinin icra nümayəndəsi Əşrəf İbrahimovdur. Maraqlıdır ki, bu əməliyyat İcra Hakimiyyətinin binasında dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar iclas zamanı keçirilib. Əşrəf İbrahimovun hansı səbəbdən həbs olunması hələlik məlum deyil.
 
Bu barədə araşdırmalarımızı davam edir.