Bədənindəki zərərli maddələrdən qurtulmağın ən asan yolu

Bədəndə yığılmış zərərli toksinlərdən xilas olmaq üçün müxtəlif üsullar var. Onların ən səmərəlisi detoksdur.
42CİPARALEL.AZ sizlərə ən asan hazırlanan alma detoksunun reseptini təqdim edir.
Ərzaqlar:
1 ədəd dilimlənmiş alma1 ədəd çubuq darçın
2 litr su
Hazırlanması:
Alma dilimlərini və çubuq darçını 1,5 - 2 litr suya əlavə edib, bir gecə saxlayın. Səhər yuxudan duran kimi ac qarnına için. İstəyənlər gündə 2 dəfə də içə bilər. Suyu soyuducuda saxlayın, qabdakı alma və darçını təzələmədən 2-3 dəfə su əlavə edərək yenidən istifadə etmək olar.
Almanın tərkibindəki lif və pektin mədə və bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır. Bundan başqa, xərçəng hüceyrələrinin də yaranmasının qarşısını alır. Darçın isə iltihabları yox edərək, qanda şəkərin miqdarını nizamlayır və xolesterini azaldır. Alma detoksu arıqlamaq istəyənlər üçün də faydalıdır.