“Neftçi”nin böyükhesablı qələbəsi

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi” hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.
"42-ciparalel.az” xəbər verir ki, paytaxt təmsilçisi Afrika klublarından seçilmiş futbolçulardan ibarət "SİBM Traning Center” komandası ilə qarşılaşıb.
Görüş "Neftçi”nin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Avroliqa iştirakçısının qollarını Rəhman Hacıyev (11-ci dəqiqə) və Araz Abdullayev (22, 90) vurublar.