Əli Abdullayev Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub.

"42-ciparalel.az" xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Əli Abdullayev bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri təyin olunmuşdu.
O, 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.
2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.
Xatırladaq ki, hazırda Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadədir.