Son vaxtlar soyuq silah olan baltalanma hadisəsi çoxalmaqdadır

{title

Cəlilabad rayonunun Muğan kənd sakini keçmiş həyat yoldaşı və övladını baltalayıb.

"42-ciparalel.az” SalamNews-a istinadən xəbər verir ki, kənd sakini İsgəndər Əliyev axşam saatlarında keçmiş həyat yoldaşı Şamama Qürbətovanın evinə girərək, üzərindəki balta ilə Ş.Qürbətovaya və 12 yaşlı övladı Səid Əliyevin baş nahiyyəsindən zərbələr endirib. Sonra İsgəndər Əliyev böyük oğlu Fərid Əliyevi boğmağa çalışıb, lakin Fərid atasının əlindən xilas olaraq bayıra qaçıb. Evdəki səs-küyə qonşuların gəldiyini görən İsgəndər Əliyev evdən qaçıb. Yaralılar qonşuları tərəfindən xəstəxanaya çatdırılıblar.

İlkin məlumata görə, hadisə İsgəndər Əliyevin övladları üçün nəzərdə tutulan aliment pulunu ödənilməməsinə görə baş verib.

Hazırda polis cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Faktla bağlı araşdırma aparılır.

 
Son vaxtlar soyuq silah olan baltalanma hadisəsi çoxalmaqdadır
Son vaxtlar soyuq silah olan baltalanma hadisəsi çoxalmaqdadır