Professor Gülçöhrə Məmmədova

{title

Azərbaycan Prezidenti İlham Əliyev Gülçöhrə Məmmədovanın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında (17.06.2016 tarixdə) sərəncam imzalayıb.

"42-ciparalel.az” xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Gülçöhrə Hüseyn qızı Məmmədova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.

Qeyd edək ki, professor Gülçöhrə Məmmədova Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur.