Formula 1

"Formula 1", həmçinin F1 — bir nəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatı. 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Rəsmi qəbul edilməsə də, bir çox hallarda "Formula-1" sürücüləri pilot, avtomobillər isə bolid adlandırılırlar.
Hər il keçirilən Formula 1 yarışları mövsüm adlanır və ayrıca mərhələlərdən, qran-prilərdən (fr. Grands Prix, tərc. böyük mükafat) ibarət olur. İlin sonunda həm pilotlar, həm də komandalar arasında qaliblər müəyyən edilir. Pilotlar dünya çempionu adı, komandalar isə Konstruktorlar kuboku uğrunda yarışırlar.
Bir sözlə desək Azərbaycan bu il "Formuala 1" yarışlarına ev sahibliyi edir.
Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov qeyd edib ki, "Biz paytaxtımızı ən yaxşı şəkildə təmsil edəcəyik”.
"42-ciparalel.az” kollektivi də bu gündən start verilən "Formula 1"-in bütün iştirakçılarına uğurlar arzulayır.