AĞSTAFA TƏHSİL ŞÖBƏSİNİN MÜDÜRÜ LEYLA XANIM BUNLARDAN XƏBƏRSİZDİR...

Əziz oxucularımız yadınızdadırsa sizlərə "Ağstafa təhsil şöbəsi hara baxır???" belə bir başlıq altında material təqdim etmişdik. Biz bu materiallla bağlı araşdırmalarımızı apardıq. Rayonun Təhsil şöbəsinin müdürəsi Leyla İsayeva ilə əlaqə saxladıq. Bizimlə danışan Leyla xanım suallarımıza kobud şəkildə cavab verdi. Bizə bildirdi ki, məktəbin təmiri məni maraqlandırmır bu barədə Təhsil Nazirliyinə müraciət edin və məktəbdə heç bir halda barama qurdu yetişdirilmir.