AĞSTAFA TƏHSİL ŞÖBƏSİ HARA BAXIR?????

{title

 Ağstafa rayon Siracəddin Məmmədov adına Poylu kənd orta məktəbinin sinif otaqlarında barama qurdu yetişdirilir.  

Bu sensasiyalı məlumatı kənddə yaşayan sakinlər verib. Sakinlərin bildirdiyinə görə, məktəbdə barama qurdunun yetişdirilməsi tapşırığını icra başçısı verib. Övladları məktəbdə oxuyan valideyinlərin sözlərinə görə, kənd məktəbində barama qurdlarına olan qayğı onların övladlarına olan qayğıdan yüksəkdir. Belə ki, şagirdlərin sinif otaqlarının şüşələri sınıq olduğuna görə otaqlarda dərs keçmək çox çətindir. Axı indi ölkəmizin ən ucqar kəndlərində belə məktəblər ən müasir formada təmir olunur istifadəyə verilir. Nə üçün görəsən bu məktəb bu vəziyyətdə təlimə davam edir??

Ağstafa sakinlərinin verdiyi xəbərə görə, rayonun icra başçısı digər kəndlərdə hətta bağça və xəstəxanalarda belə barama qurdu saxlamaq tapşırığı verib. Ağstafanın digər kəndlərdə olan qurd yuvaları haqqinda da məlumat və fotoları əldə edib siz oxuculara təqdim edəcəyik.
 
 
AĞSTAFA TƏHSİL ŞÖBƏSİ HARA BAXIR?????