"QARABAĞ" AVSTRİAYA YOLLANDI

"Qarabağ" yeni mövsümün hazırlıqları üçün bir araya gəlib. Komanda təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb.
"42-ciparalel.az" xəbər verir ki, "Köhlən atlar" son 2 ildə olduğu kimi bu dəfə də Avstriya - Almaniya sərhəddinə yaxın Kössen qəsəbəsində hazırlıq keçəcək. Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində çıxış edəcək komanda buna qədər 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
Ağdam klubu ilk görüşünə iyunun 25-də çıxacaq. Qurban Qurbanovun yetirmələri Avstriya təmsilçisi "Vakker İnnsbruk"la hazırlıq keçdiyi kompleksin meydançasında qarşılaşacaq."Qarabağ"ın 2-ci hazırlıq qarşılaşması iyunun 28-də baş tutacaq. Qurban Qurbanovun yetirmələri Rusiya Premyer Liqasında çıxış edən "Zenit"lə qarşılaşacaq.
"Qarabağ"ın son 2 hazırlıq qarşılaşması 1 və 5 iyula planlaşdırılıb.