Yayda oruc tutanlara nə tövsiyə edilir?

{title

 «Bizcə, istidə oruc tutmaqdan qorxmaq lazım deyil. İsti də Allahın nemətidir. Oruc tutmaq insanı gümrahlaşdırır, saflaşdırır, xeyir əmələ ruhlandırır».
 Müxtəlif orqanların normal fəaliyyəti üçün maye, su lazımdır. Məsələn, mədəaltı vəzinin, ürəyin, qaraciyərin normal fəaliyyəti üçün, bağırsaqlarda gedən sorulma prosesini katalizə eləmək və s. üçün mütləq maye qəbul olunmalıdır. Yayda tər vasitəsilə çoxlu maye itirdiyinə görə, qanda qatılaşma gedir. Hipovameliya əmələ gələ bilər. Nəticədə xoşagəlməz hallar baş verə bilər.
Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov isə deyir ki, hava çox isti olanda onsuz da insan günorta qidalanmaq istəmir. Ona görə çox adam aclıq hiss eləmir:
«Elə İbn Sina da deyirdi ki, sağlam qidalanma səhər və axşam qidalanmaqdır. İsti havada günorta yeməyə o qədər də fikir vermirlər. Qidanın qəbulu sərin vaxt olmalıdır ki, bədən çox yük daşımasın. Əslində təkcə orucluq vaxtı deyil, ümumiyyətlə isti havada günorta yemək qəbul eləmək məsləhət deyil. Bədən rahat olduğu vaxt səhər tezdən daha çox yemək lazımdır və güclü yemək lazımdır».
Tahir Əmiraslanov deyir ki, səhər bal, yağ, həlim aşı yemək, bədənin gün ərzində müqavimətini saxlaya bilməsi üçün çoxlu maye qəbul etmək lazımdır:
«Heç olmasa 5-6 stəkan maye qəbul olunarsa, bu gün ərzində bədəni çox yaxşı saxlaya bilər. Bir damcı duz da yemək lazımdır ki, suyu bədəndə saxlasın. Çünki tərlə birlikdə bədəndən duz da çox çıxır. Həm də duz suyu bədəndə bağlayıb bədəndə saxlamağa kömək edir. Susuzluq yaratdığı üçün duzlu qidalar yemək isə lazım deyil. Allahın verdiyindən yemək lazımdır. Əsas odur ki, yeməyini paylaşa biləsən. İndi Somalidə milyonlarla adam aclıq içindədir. Kimsə onlara nəsə göndərə bilsə böyük savab olar».
 
Allah orucunuzu qebul etsin!