SALYANIN YENİ İCRA BAŞÇISI KİMLƏRİN GÖZÜNÜ BƏZƏYİR?....

Sevindik Hətəmov təyinat aldığı günün səhərisi büdcədən ayrılmış pulu özünə götürüb
Yardımlıda «aclıq dövrü»nü başa vuraraq, Salyana, «yağlı tikə»yə sahiblənmək hər oğulun işi deyildi. Böyük əksəriyyət nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun yaxın dostu olan və onların sayəsində icra başçısı olmuş birinin tezliklə sistemdən uzaqlaşdırılacağını gözləyirdi. Amma gözləniləndən fərqli olaraq, Hətəmov daha böyük, həm də qazancı bol olan rayona icra başçısı təyinatı aldı.
"42-CİPARALEL.AZ" JAM.AZ-a istinadən xəbər verir ki, Sevindik Hətəmov ilk günlər özünü Yardımlıdakı kimi hiss edərək, kəndlərə, qəsəbələrə gedir, əhali ilə görüşür, onları dinləyir, vədlər verirdi. Bununla bağlı palaz-palaz xəbərlər, çeşid-çeşid şəkillər, bir o qədər də videogörüntülər yaydırırdı ki, onun təqdimatını verənlərə «işgüzar» imicini nümayiş etdirə bilsin. Sevindik Hətəmov bu əməlləriylə kimlərin gözünü bəzəmək istəyir məlumdur. Amma hər bir halda saxtakarlığın üstünün açılması çox zaman almır.