“Elm haqqında” qanun layihəsi qəbul edildi

{title

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Elm haqqında” qanun üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
"42-ciparalel.az” xəbər verir ki, parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qeyd edib ki, ikinci oxunuşda 20-dən artıq millət vəkilinin çıxış etdiyini və onların təkliflərinin üçüncü oxunuşda nəzərə alındığını diqqətə çatdırıb.

Həmçinin qeyd edib ki, qanun layihəsi ilə yanaşı magistrlara və doktorantlara möhlət hüququnun verilməsi ilə bağlı müvafiq qanunvericiliyə dəyişikliyinin nəzərdə tutulması müsbət addımdır. Bu qanun layihəsində Azərbaycançılıq anlayışının saxlanılması müvafiq hesab edilib. Bunun əsasını Heydər Əliyev qoyub, bu gün də ölkə başçısı tərəfindən bu siyasət uğurla davam etdirilir.

Sonra isə qanun üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib