MÜTƏQİM MƏMMƏDOV PREZİDENTİN AYIRDIĞI 3 MİLYON MANATL HARA XƏRCLƏDİ????

İcra başçısı Müstəqim Məmmədov əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün heç bir iş görməyib. Bildiyiniz kimi, Prezident İlham Əliyev erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, 2016-cı ilin aprel ayının ilk günlərindən başlayaraq erməni silahlı qüvvələri Ağdam və Tərtər rayonlarının təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iri çaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutublar. Nəticədə mülki əhalidən 6 nəfər həlak olub, 26 nəfər yaralanıb, 445 evə, 5 məktəbə, 2 tibb məntəqəsinə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ciddi ziyan dəyib.
Hazırda düşmən güllələrinin və mərmilərinin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür. Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat olmaqla cəmi 6 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. Qeyd edək ki, ölkə başçısının bu sərəncamı sözügedən rayonların sakinləri tərəfindən böyük rəğbətlə qarşılandı. Amma təəssüflər olsun ki, bəzi məmurların bitməyən korrupsiya əməlləri, eləcə də iti iştahası ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinə imkan vermir.
Tərtər rayon sakinləri gundelik-baku.com-a müraciət edərək erməni təxribatı nəticəsində dağılmış evlərinin hələ də bərpa olunmadığını bildiriblər. Sakinlərin sözlərinə görə, prezidentin məlum sərəncamının üzərindən bir neçə həftə ötsə də, hələlik Tərtər Rayon İcra Hakimiyyətinin rəhbərliyi evlərin təmir-tikinti işlərinə start verməyib: «Demək olar ki, hər gün icra hakimiyyətinin qarşısına toplaşıb icra başçısı Müstəqim Məmmədovdan izahat tələb edirik. Ermənilərin açdığı atəş nəticəsində evi yararsız hala düşən insanlar müvəqqəti olaraq qohum-qardaşın evində gecələyir. Bu durum nə vaxta kimi davam edə bilər? Axı cənab prezident büdcədən 3 milyon manat vəsait ayırdı ki, ziyan dəymiş evlər təmir olunsun. İcra hakimiyyəti nəyə görə evləri təmir etmək istəmir?».