Xaçmazda iki maşın toqquşdu (FOTO)

42-ciparalel.az
Sürücülərin yol polisi ilə mübahisəsi də diqqətimizdən yayınmayıb
Xaçmaz rayonu ərazisində Gəndab-Yalama yolunun 39-cu km-də 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Xaçmazın Xudat sakini Ramin Osmanovun idarə etdiyi VAZ 21015 markalı avtomobillə Xaçmazın Gödəkli kənd Nəbi Balabəyovun idarə etdiyi VAZ21099 markalı avtomaşın toqquşub.
Avtomobillər ciddi zərər çəkib. Hadisə yerində BDYPİ nin ərazi nümayəndələrinin sürücülərlə mübahisəsidə müşahidə olunurdu. Qəzaya sürücülərin ara məsafəni gözləməməsi səbəb olub
