SAHİL QESEBE SAKİNİ EVİNDƏ GÜLLƏLƏNDİ

{title

Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Cəmaləddin Əliyevin evində qohumu, Maştağa qəsəbə sakini Elçin Qənbərov münaqişə zəminində ona odlu silahdan atəş açaraq xəsarət yetirib.

Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər veririk  ki, C.Əliyev xəstəxanaya yerləşdirilib.

E.Qənbərov könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gələrək təslim olub və kustar üsulla hazırlanmış tapançanı təhvil verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.