BADIMCANIN FAYDALARI

{title

42-ciparalel.az saytı olaraq çalışırıq ki hər dəfə sizin sağlamlığınız üçün faydalı məsləhətlər verək.
Bir çoxları badımcan yeməklərini xoşlamır. Ancaq badımcan o qədər faydalı tərəvəzdir ki, onu mütləq qida menyusuna daxil etmək lazımdır. Badımcan A vitamini və fosfor baxımından ən zəngin tərəvəzlərdən biridir.

Badımcanın ən böyük faydası əsəbləri sakitləşdirməsidir. Sidik qovucudur. Bədəndəki ödəmin atılmasını təmin edir. Arıqlamağa kömək olur. Qanazlığını aradan qaldırır.

Yüksək xolesterinin səbəb olduğu problemləri aradan qaldırır, damarları qoruyur. Mədə xərçənginin qarşısını alır. Lif baxımından zəngin olan badımcan bağırsaqlar üçün də faydalıdır.

Sonda onu da qeyd edək ki, badımcanı qızartdıqda faydasından çox ziyanı qalır. Bu tərəvəzin dolması və kababı daha çox tövsiyə edilir.