Yusif Yusifov qaranlıq maliyyə əməliyyatları

{title

Maliyyə Nazirliyində Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi vəzifəsində çalışan Cavanşir Yusifovun qardaşı Yusif Yusifov Gəncə Dövlət Universitetindən rektor vəzifəsinə təyin edildikdən sonra ona qarşı çox ittihamlar səslənib. Əlbəttə, onların hamısının həqiqət olduğunu söyləmək mümkün deyil. Xüssusilə də bu ittihamların bir çoxu yalnız ümumi sözdən ibarətdir. Ancaq redaksiyamıza daxil olan bir məlimatda Yusif Yusifov rektor təyin edildikdən sonra baş verən maliyyə əməliyyatlarından danışılır. Bu əməliyyatlarda dəqiq rəqəmlər qeyd edilir və onların mahiyyətindən danışılır. Belə ki, Yusif Yusifov Zaur Nağıyev adlı şəxsin rəhbərlik etdiyi və Hacıqabul rayonu, Ələtli kəndində yerləşən "Maskomar” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə şübhəli iki maliyyə əməliyyatı həyata keçirib. Birinci əməliyyatda 49 min manat yaxın büdcə pulu avadanlıqların alınması, ikinci isə 25 min manat büdcə vəsaiti mücərəd bir ad altında, idarənin xərcləri üzrə satın almalar adı altında "Maskomar” MMC-nin hesabına keçirib. Hacıqabul rayonun, Ələtli kəndində yerləşən heç bir madd-texniki bazası olmayan bir şirkətin Gəncə Dövlət Universitetinə hansı avadanlıqları satması, hansı xidməti göstərməsi tam bir müammadır. Ancaq Gəncə Dövlət Univeristetin rektoru Yusif Yusifov bundan qətiyən narahat ola bilməz. Çünki, büdcə pullarının xərclənməsinə nəzarət edən birinci qurum onun qardaşı Cavanşir Yusifovun rəhbərlik etdiyi Maliyyə Nazirliyində Dövlət Maliyyə Nəzarəti Xidmətidir. Cavnşir Yusifovun tabeçiliyindəki işçilərin isə Gəncə Dövlət Universitetrində büdcə vəsaitlərinin necə xərclənməsini şəffaf araşdıracağı indiki şəraitdə qeyri mümkün görünür. "Maskomar” MMC-i ilə maliyyə əməliyyatı Yusif Yusifovun maraqlarına o qədər uyğun gəlib ki, bu MMC-nin qeydiyyatda olduğu Hacıqabul rayon Ələtli kəndində qeydiyyatda olan başqa bir şirkətlə, Maarif Həmidov adlı şəxsin rəhbərlik etdiyi "ADMARKET GROUP” MMC-lə nə az, nə çox düz üç maliyyə əməliyatı həyata keçirib. Belə ki, 48 230 manat büdcə pulu inventraların satın alınması, 20 min manat yumşaq inventar, yataq ləvəzaimatı və xüsusi geyimlərin satın alınması və 49 min manatdan artıq büdcə pulu maşın və avadanlıqların satın alınması adı altında "ADMARKET GROUP” MMC-nin hesabına, oradan isə ciblərə gedib.

Prezident İlham Əliyev büdcə vəsaitləruindən səmərəli və şəffaf istifadə edilməsini məmurların qarşısına birinci dərəcəli vəzifə kimi qoysa da, Maliyyə Nazirliyinin, xüsusilə də Çavanşir Yusifovun rəhbərlik etdiyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin dövlət başçısının bu tapşırığına faktiki əməl etməməsinin nəticəsidir ki, büdcə vəsaitinin talan edilməsinin qarşısı alınmır. Prezidentin bütün işlərə şəxsən nəzarət etməsi mümkün olmadığı üçün də məmurlar, xüsusilə də Cavnşir Yusifov kimi himayəçisi olanlar büdcə vəsaitlərini adından, bank hesabından və möhründən başqa heç bir şeyi olmayan şirkətlərin vasitəsilə talan etməkdə davam edirlər. Bütün bunlara görə də prezident İlahm Əliyev dəfələrlə xalqa, mediaya müraciət edərək korrupsiya ilə mübarizədə dövlət başçısına yardım etmələrini istəyib. Bu yazı da bizim prezidentin cağrışına cavabımız, dövlət başçısının korrupsiya ilə mübarizəsinə dəstəyimiz kimi qəbul olunmalıdır