İmişli rayonuna yağan dolu təsərrüfatlara ciddi ziyan vurub.

{title

Gecə saat 01:30 radələrində 25 dəqiqə ərzində yağan dolu əsasən taxıl və pambıq sahələrinə ciddi zərər yetirib. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Səfa Ağayev bildirib ki, dolu Hacıalılar, Qızılkənd, Xəlifəli, Qulubəyli və Aranlı kəndlərindəki şəxsi təsərrüfatlara ziyan vurub. Taxıl, pambıq və bostan əkinləri ziyan çəkib.

Hazırda rayon Fövqəladə Hallar Komissiyası dəymiş zərərin miqyasını müəyyənləşdirir.