TEMPERATUR ENECEK..... LEYSAN GÖZLƏNİLİR

İyunun 7-si axşamdan 10-dək ölkə ərazisində hava şəraitinin qeyri sabit olacağı, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 8-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 22-26, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacaq.Sabah Azərbaycanın rayonlarında əsasən şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 15-20, gündüz 25-30, dağlıq rayonlarda gecə 8-13, gündüz 13-17 dərəcə isti olacaq.