İSTANBULU QANA BOYADILAR.... 11 ÖLÜ,40-A YAXIN YARALI

İstanbulda polis maşınına bombalı hücum olub. İlkin məlumata görə, hadisə nəticəsində 5 polis əməkdaşı yaralanıb.
Çevik polis maşınına qarşpı törədilən terakdan sonar hadisə yerinə çox sayda dəstək qüvvələri və təcili yardım maşınları gəlib.
Partlamanın çevik polisin növbə dəyişimi zamanı baş verdiyi, polisləri daşıyan avtobusun hadisə yerindən keçdiyi zaman bombanın partladıldığı bildirilir.Partlamanın şiddəti ilə ərazidəki su boruları zərər görüb, bölgə suyun altında qalıb. Ətrafdakı binaların demək olar ki, hamısının şüşələri qırılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazilriyinin mətbuat katibi Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun Veznecilər məhəlləsində ard-arda 2 partlayış baş verib. Hadisə nəticəsində 11 nəfərə ölüb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir. Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3 nəfərin vəziyyəti ağırdır. NTV kanalının məlumatına əsasən yaralananlardan biri Azərbaycan vətəndaşıdır.Onun Haseki xəstəxanasına yerləşdirildiyi bildirilir.