HEYDƏR ƏSƏDOVUN BİR İÇ ÜZÜ DƏ ORTAYA ÇIXDI

{title

Bir neçə gün bundan əvvəl Azərbaycanda gedən gizli özbaşınalığa rəhbərlik edən Kənd Təsərüfatı Naziri Heydər Əsədovla bağlı materialımızı sizə təqdim etmişdik. Qeyd edek ki, nazirimizin daha bir iç üzüdə ortaya çıxdı. Sən demə Kənd Təsərrüfatı naziri Heydər Əsədov da xalqına və vətəninə xəyanət edən bəziləri kimi düşmən xalqın nümayəndələri ilə sıx əlaqələri varmış. Belə ki, nazir Azərbaycanda heyvanlar üçün büdcə pulları hesabına alınan vaksinləri «Meqavet» şirkəti vasitəsi ilə realizə edirmiş. Bu şirkətin offşor şirkətlər sırasında olduğu isə təsdiqə ehtiyacı olmayan məlumatlardandır.
 Lakin məsələnin ilginc tərəfi odur ki, Heydər Əsədovun vaksin aldığı şirkətin başında erməni dayanırmış. Politika.Az-ın dəqiqləşdirmələrinə görə, nazirin əməkdaşlıq etdiyi «Meqavet» şirkətinin rəhbəri Qor Rafaeloviç Xeçoyandır. Xeçoyanın Bakıya gəlib-gedən nümayəndəsi isə gürcüdür. Pata Subzivadze yerli biznesmenlərdən fərqli olaraq, gətirdiyi mallara görə ƏDV ödəməkdən azad edilib. Səbəb isə «obnaliçka» əməliyyatları üzrə pulların həcmini daha da artırmaqdır.

  Heydər Əsədovun qaranlıq işləri bununla da yekunlaşmır. Onun ən etibarlı adamlarından biri olan, hazırda nazirlikdə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini Abbas Qaracayev isə fermerlərə ayrılmış kreditləri özünküləşdirməyə nail olub. Belə ki, Qaracayev fermerlər üçün ayrılmış pulları banklara yerləşdirib, onlardan əmanətçi kimi faizlər alır.