Dünyanın ən böyük gəmisi ilk səfərine çıxdı

{title

 Dünyanın ən böyük gəmisi ilk səfərine çıxdı
Fransa'nın cenubundakı Saint-Nazaire Limanı'nda inşa edilən ‘Harmony of the Seas' adlı sərnişin gəmisi dünən hazirlanan mərasimdə ilk səfəri olan İngiltərənin Southampton şəhərinə doğru yola çıxdı.
Əldə etdiyimiz xəbərə görə sərnişin gəmisinin yola düşməsi üçün limanda hazırlanan mərasimə təxminən 40 min nəfər gəlib."STX France" şirkəti tərəfindən 32 ayda inşa edilən 362 metr uzunluğunda, 66 metr genişliyində və 73 metr yüksekliyindəki  gəminin hazırlanmasına 1 milyar avro xərclənib.
Gəminin 6360 yolçu və 2100 ekipaj daşıması nəzərdə tutulur.
ABŞ-lı kruvaziyer şirkəti Royal Caribbean tərəfindən Aralıq Dənizdə işləniləcək gəmi, 227 min ton ağırlığında. İçində üzgüçülük hovuzları, oyun zalları olan, bir çox zinətin düşünüldüyü sərnişin gəmisinə minmək istəyənlər, seçdikləri palatanın rahatlığına görə 400 ilə min 200 avro arasında pul ödəyəcək.Dünyanın ən böyük gəmisi ilk səfərine çıxdı