Zəncirvari qəza baş verib. Ölən və yaralanan var

{title

Zencirvari qeza Biləsuvarda baş verib. Ələt - Astara magistral yolunun 94-cü kilometrliyində, Biləsuvar rayonu ərazisində Cəlilabad rayon sakini Əlifağa İsayevin idarə etdiyi "Qazel" markalı yük maşını həmyerlisi Vüsal İbrahimovun idarə etdiyi "Mersedes" markalı avtomobilə, sonra Quba sakini Həmzə Ağayevin idarə etdiyi "Siat" markalı maşına, daha sonra Biləsuvar rayon sakini Kamal Abdullayevin idarə etdiyi "Pejo" markalı minik avtomobilinə çırpılıb. 

Zəncirvari qəza nəticəsində "Pejo"nun sürücüsü hadisə yerində dünyasını dəyişib. "Qazel"in sürücüsü və onun oğlu, 28 yaşlı Elməddin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralilar xestexanaya yerlesdirilib.