ÜREKLERDE YAŞAYAN DAHİ

İnsanları aglına torpağı yetişdirdiyi dahilərinə görə tanıyırlar. Bəli, ağıllı, müdrik insanlar, şəxsiyyətlər vətəni şöhrətləndirir, onun adını dünyada tanıtdırırlar. Belə insanlar heç vaxt ölmür daim xalqının qəlbində yaşayır, unudulmur. Məhz elə belə bir fikir də var ki, ”müdrik adam yetişir, püxtələşir ama qocalmır”. Həmin insanlar xalqının yaddaşında dahi şəxsiyyət olaraq həmişə yaşayır. Şəxsiyyət olmaq üçün fitri istedad, vətənə, xalqa bağlılıq lazımdır. Böyük, ulu bir xalaqa rəhbərlik etmək, ona arxa, dayaq olmaq üçünsə bütün bunlarla yanaşı dahilik, böyük zəka, ağıl, təcrübə, bilik lazımdır. Zaman-zaman dahi oğullar yetirən Azərbaycan tarixi şəxsiyyət kimi Ümummilli liderimiz Heydər Əliyevi yetişdirdi. O, tanrının xalqımıza göndərdiyi xilaskarı oldu. Ulu öndər Heydər Əliyev öz parlaq zəkası, istedadı ilə Azərbaycanımızın bugünkü gerçəkliklərini yaratmış, gələcəyə gedən yolların müəyyən etmişdir. Yurdumuzun başını qara buludlar alan zaman xalqın qurtuluş çırağı yenədə dahi rəhbərimiz oldu. O, siyasi hakimiyyətə qayıtdıqdan sonra hər bir sahədə dolğun inkişaf irəliləyiş baş verdi. Əlbəttə ki, bütün bunlar Ulu öndərimizin düşünülmüş siyasətinin məntiqi nəticəsi idi. Çünki xalqın xoşbəxtliyi, müstəqil, azad yaşayışı üçün çalışan dahi rəhbər bu istiqamətdə çox böyük işlər görmüşdür. Bunlardan biridə sağlam, bilikli milli kadrların hazırlanması və rəhbər vəzifələrə irəli çəkilməsi idi. Ona görədə ilk növbədə təhsil sahəsini öz xüsusi nəzarətinə götürdü. Təhsil sistemi tamamı ilə yenidən quruldu, kadrlar yetişdirildi. Xalqa xidmət etmək üçün onu sevmək azdır-deyən Ulu öndərimiz ömrünü xalqına həsr ederək, yer kürəsindən silinmək təhlükəsi qarşısında qalan Azərbaycanımızı bütün dünyada tanıdaraq simruq quşu kimi xalqımızın başı üstündə pərvazlanıb, xalqımıza müstəqillik, azadlıq bəxş etdi. Heydər Əliyev siyasi fəaliyyəti ölkəmizi siyasi, sosial-iqtisadi və mədəni inkişafının ən yüksək dövrünə çatdırdı. Tariximizə qızıl hərflərlə yazılan 1993-cü ilin 15 iyun xalqımızın Milli qurtuluş günü oldu. Doğma vətənimiz,müstəqil olaraq parçalanmaqdan məhv olmaq təhlükəsindən xilas oldu. Məhz elə xalqımızın xoş günləri də o gündən başlandı. Müstəqil bayrağımız dünya dövlətlərinin bayraqları ilə bir sırada dalğalanmağa başladı. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın tarixinə onun yaradıcısı, memarı və qurucusu kimi yazıldı və əbədiləşdi.
"Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının görən gözü, düşünən beyni, danışan dili, yanan ürəyidir" deyən Həsən Kamiloğlu bunu ümumxalq sevgisinin bariz ifadəsi kimi öz şeirində vəsv edir.

Mələklər qoynunda imdada çatan,
Xalqın nicat yolun xalaqa anlatan,
Müqəddəs bu yolda təkcə can atan,
İlahi qüvvədir Heydər Əliyev.
Qılıncın qənimi qələmin qulu,
Haqqın dərgahında uludur ulu,
Sevdiyi vətəndir, bir Allah yolu,
Sönməz, əbədidir Heydər Əliyev.
Həsən deyər haqq sözünü elinən,
Sevgi dərk edilmir xalqa gücnən,
Dünyada hər yerdən görünə bilən,
Əlçatmaz zirvədir Heydər Əliyev.
Bəli, ümumxalq məhəbbəti qazanmış Ulu öndər Heydər Əliyev dillər əzbərinə çevrilmiş, xalqının qəlbində əbədi olaraq öz abidəsini ucaltmışdır! Nə qədər ki Azərbaycan xalqı yaşayır Heydər Əliyevdə yaşayacaqdır!.......