9 MAY QELEBE GÜNÜ

9 may Azərbaycanda faşizim üzərində Qələbə Günü kimi qeyd olunur.
Bəli, XX əsrdə İkinci dünya müharibəsi (1939-1945) bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır. Kiçikdən böyüyə qədər o illərin dəhşətini şahidlərdən eşidərək yaddaşında nəsildən nəsilə ötürməkdədir. SSRİ dövründə yaşamış insanların zehnində isə bu məqam xüsusilə özünəməxsus bir yer tutur. Məktəb vaxtlarında dərsliklərdən oxuduğumuz və yaxud müharibənin dəhşətlərini yaşamış insanlardan eşitdiklərimiz bir ömür xatirimizdən silinməyəcək.

İKİNCİ DÜNYA MÜHARİBƏSİ(1941-1945) eləcədə Azərbaycan xalqı üçün də unudulmaz illər, yaddan çıxmayacaq xatirələr qoymuşdur. Həmin illərdə Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar. Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb. Qısa müddətdə Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına (arsenal) çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.Bir sözlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biriidi. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi
Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut etdi.
O qələbədə böyük
şücayət göstərən Sovet
İttifaqı qəhrəmanlarımız:
Abbas Quliyev (I)
(1945)
Adil Quliyev
(1945)
Ağaşirin Cəfərov
(1943)
Aslan Vəzirov
(1945)
Bahəddin Mirzəyev
(1945)
Bəkir Mustafayev
(1944)
Cəmil Əhmədov
(1945 ölümündən sonra)
Əlif Piriyev
(1945)
Əmi Məmmədov (1944
ölümündən sonra)
Əvəz Verdiyev
(1944)
Faris Səfərov
(1944)
Gəray Əsədov (1945
ölümündən sonra)
Həbibulla Hüseynov
(1945 ölümündən sonra)
Həzi Aslanov
(1942), (1991 ölümündən sonra)
İdris Süleymanov
(1942)
İsmayıl Bayramov
(1945 ölümündən sonra)
İsrafil Məmmədov
(1941)
Mehdi Hüseynzadə
(1957 ölümündən sonra)
Mehdi Quliyev
(1943)
Məhərrəm Dadaşov
(1945 ölümündən sonra)
Məlik Məhərrəmov
(1943)
Məmiş Abdullayev
(1945 ölümündən sonra)
Məmməd Məhərrəmov
(1944)
Məmməd Məmmədov
(I) (1945 ölümündən sonra)
Mərdan Musayev
(1944)
Məstan Əliyev
(1945 ölümündən sonra)
Mikayıl Əkbərov
(1943 ölümündən sonra)
Mirzə Cəbiyev
(1943)
Mirzə Vəliyev
(1945 ölümündən sonra)
Müseyib
Allahverdiyev (1945)
Müseyib Bağırov
(1944)
Nəcəfqulu Rəfiyev
(1944)
Qafur Məmmədov
(1943 ölümündən sonra)
Qəzənfər Əkbərov
(1944 ölümündən sonra)
Səlahəddin Kazımov
(1943)
Səməd Abdullayev
(1943)
Şəmsulla Əliyev
(1944 ölümündən sonra)
Şirin Şükürov
(1945)
Xəlil Məmmədov
(1945)
Xıdır Mustafayev
(1944)
Yusif Sadıxov
(1945)
Ziya Bünyadov
(1945)