Kitab biliklerimizin en derin qaynagıdır

Əsrimiz kompyuter əsridir. Artıq istədiyimiz hər şeyə kompyuterin sayəsində asanlıqla nail oluruq. Lakin bir şeyi unuduruq ki kitabların verdiyi bilikləri intelekti danışığ mədəniyyətini biz komyuterden heç vaxt ala bilmərik. Bəli bir insanın bilik səviyyəsini artıran onun dünya görüşünü formalaşdıran kitablardır. Kitablar sirri açılmamış bir xəzinədir.Bu xəzinənin açarını əldə etmək

üçün gərək ki,kitabxanalara daxil oub coxlu kitab oxuyasan. Əbəs yerədə deyilməyib "Kitabxanalar qiymətli,elmi xəzinədir".
Zəngin, maraqli kitablari olan kitabxanaya gələn oxucularin da sayi mənim fikrimcə çox olar. Günü-gündən yenilənən vətənimizdə Cənab Prezidentimiz tərəfindən kitabxanalara da böyük qayğı göstərilir, oxucular üçün hər bir şərait yaradılır. Bəs görəsən bu gün nə üçün "kitab və oxucu" arasında böyük boşluğ var?????
Bu boşluğu doldurmaq bizim öz əlimizdədir. Gün ərzində özümüzə ayırdığımız zamanın çox yox ele 15-20 deqiqesini bir kitab oxumaqla keçirsək, kitab olan diqqətimiz daha da artar. Əslində kitab hər birimizin yaxın sirdaşı dostudur. Oxudugumuz hər hansi bir kitab bizi bir anlıq da olsun öz aləmimizdən uzaqlara aparır. Bəzən oxuduğumuz romanın qəhramanına cevrilədə bilirik bəzən isə keçmişimizi daha dərindən mənimsəyirik. Demək olar ki kitab kecmişimizlə bu günümuz arasında bir körpü yaradır. "Unutmadan keçmişi olmayan xalqın bir gələcəyi də olmaz". Əziz oxucularımız gəlin keçmişimiz bu günümüz və gələcəyimiz üçün çoxlu mütailə edək, yolumuzu kitabxanalardan salaq ordakı kitablardan lazımi məlumatları öyrənək gələcək nəsillərə ötürək. Axı kitab yalnız elm və bilik vermir. həmçinin bizim dünyaya baxış formamızı da dəyişir. Bu baxımdan da əsrimiz komyuter əsri olsada kitab oxumaqdan üz döndərməyək. Ağıl cövhəridir diqqətlə baxsan,
Oxu kitab olsun amalın sənin
Oğul, hələ kalsan biliyə qatlan
Biliksiz ac qalar kamalın sənin.
Samirə Əhmədova