Rusiyanın baş nazirinin müavini Azərbaycanda səfərdədir

Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin Azərbaycanda səfərdədir APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə o "Facebook" səhifəsində yazıb. "Bakıda hava axşam 9, gündüz 14 dərəcədir. Küləklidir. Azərbaycan paytaxtından hamıya salamlar", - deyə D. Roqozin qeyd edib. "Kommersant" yazır ki, D. Roqozinlə yanaşı, Rusiyanın xüsusi silah ixracatçısı - "Rosoboronoeksport” un rəhbərliyi və hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin nümayəndələri də Bakıya gəlib. Məlumata görə, Bakıda keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq. 42-ciparalel.az