Məşhur rusiyalı aktrisa vəfat etdi

Aktrisa fevralın 28-i ürəyindəki ağrılara görə reanimasiyaya yerləşdirilmişdi
Rusiyanın əməkdar artisti Natalya Kraçkovskaya vəfat edib.
ANS PRESS-in məlumatına görə, 78 yaşlı aktrisa Moskvanın 1-ci Qradskaya xəstəxanasında dünyasını dəyişib. Aktrisa fevralın 28-i ürəyindəki ağrılara görə reanimasiyaya yerləşdirilmişdi. Kraçkovskayanın vəziyyətini ağır qiymətləndirilirdi.
Natalya Beloqorodseva (sonradan həyat yoldaşının soyadını götürüb) 1938-ci il noyabrın 24-ü aktyor ailəsində dünyaya gəlib. Natalya Kraçkovskaya ümumilikdə 90 filmdə çəkilib. Aktrisa əsasən ikinci dərəcəli rollar ifa edib. Onun iştirakı ilə lentə alınan filmlər arasında ən məşhurları "İvan Vasilyeviç peşəsini dəyişir”, "12 stul”, "Bu şən planet”, "Pokrov darvazaları” kimi filmlər var.
Amma əsil uğuru aktrisaya "12 stul” filmində canlandırdığı madam Qritsatsuyeva obrazı gətirib. Rejissor Leonid Qayday uzun müddət uyğun namizəd seçə bilmirdi. Aktrisa özüdə filmdə çəkilməyə ilk dəfədən razılıq verməmişdi.