Məhşur jurnalist seçkiyə görə polisə aparıldı

{title

       42-ciparalel.az

     Həmid Herisçi pozuntusunun qarşısını alıb.

Məhşur jurnalist, yazıçı və deputatlığa namizəd İlhamiyyə Rzayevanın özünə həmkar olan həyat yoldaşı Həmid Herisçi polisə şöbəsinə aparılıb. Onun polisə aparılmasına səbəb seçki saxtakarlığının qarşısını alması və bu saxtakalığı sosial şəbəkə vasitəsi ilə yayması olub.

Jurnalist bildirib ki, həyat yoldaşının namizədliyini irəli sürdüyü 17-saylı Yasamal 3-cü seçki dairəsində onların heç bir nümayəndəsi olmadan digər namizədin nümayəndələri əlillər üçün nəzərdə tutulmuş qutunu yaşlı bir qadının evinə aparıblar: "Həmin qadın seçki üçün müraciət etmədiyi halda onun adına sənəd hazırlayıblar. Mən isə həmin sənədi saxta olduğu üçün götürdüm və sosial şəbəkələrdə yaydım. Buna görə də, qarşı tərəf məni həmin sənədi yaymaqda ittiham edərək polisə şikayət etdi".

Yasamal Rayon Polis İdarəsinin 26-cı bölməsinə aparılan yazıçı orada məsələni izah etdikdən sonra sərbəst buraxıldığını deyib. Onun sözlərinə görə, vəziyyəti izah etdikdən sonra qanunsuzluqlara yol verən şəxslərə qarşı cinayət işi açılıb və bu işin ciddi şəkildə araşdırılacağını bildirilib. "Çünki mənzilinə seçki qutusu aparılan qadın əqli qüsurlu idi. Buna görə də o, heç cür seçkidə iştirak üçün müraciət edə bilməzdi".

Hadisədən xəbər tutan deputatlığa namizəd İlhamiyyə Rzayeva isə dərhal Polis İdarəsinə gedib və məsələ öz həllini tapıb. Rzayeva sosial şəbəkədəki profilində məsələ ilə bağlı status da paylaşıb: "Həmid Herisçinin 26-cı polis bölməsinə aparıldığı barədə xəbərdən narahat olan dostlara səslənirəm. Narahat olmayın, mən dərhal ora getdim, birlikdə də ordan çıxdıq. Allah bizi ayırmasın! Amin". 

İlhamiyyə Rzayeva-Həmid Hərisçinin həyat yoldaşı