105 yaşlı seçici Şəkidə səs verdi

42-ciparalel.az
Şəki rayon sakinləri seçkilərdə iştirak edir.
Şəkini əhatə edən 3 dairə üzrə 3 yer uğrunda 16 namizəd mübarizəyə qoşulub.
Bu gün səhər saatlarından Şəki rayon sakinləri qeydə alınan namizədlərə öz səslərini vermək üçün məntəqələrə üz tutub. Səsvermədə iştirak edən sakinlərin ən böyük arzusu isə onların etimad göstərdikləri namizədin rayon üçün vacib olan işləri görməsi, vaxtaşırı öz seçiciləri ilə görüşmələridir.
Şəki üzrə 3 dairəni əhatə edən 114 məntəqənin 28-də müşahidə kameraları quraşdırılıb ki, bununlada burada gedən prosesləri internet vasitəsi izləmək mümkündür.
Şəkinin 114 saylı kənd dairə komissiyasında rayonun ən yaşlı sakini 105 yaşlı Zərnişan Verdiyeva da seçkidə iştirak edib. Bir əsrdən çox yaşı olan bu ağbirçəyin səsvermə hüququndan istifadə etməsi üçün daşınar qutular ilə məntəqə üzvləri onun yaşadığı evdə olublar. Görmə qabiliyyəti zəif olmasına baxmayaraq ağbirçək nənə bülleteni demək olar ki bir neçə dəfə nəzərdən keçirərək, namizədlərin hansına səs vərəcəyini müəyyənləşdirdi.
Zərnişan nənənin səs verdiyi namizəddən öz gözləntiləri var. 105 yaşlı seçici seçiləcək deputatın kənd yollarına xüsusi diqqət yetirəcəyinə ümid edir. "İstəyirəm yollarımızı düzəltsin, yaşadığımız kəndə qaz çəkdirsin və bütün lazım olan işləri görsün."
Rayonda prosesləri yerli müşahidəçilərlə bərabər Qazaxstandan olan beynəlxalq müşahidəçilər də izləyir.
Şəkidə keçirilən seçkidə 113 minə yaxın seçici öz hüququndan istifadə edə bilər ki, onlardan da 1489-u ilk dəfə səsvermədə iştirak edəcək. Şəkidə qeydə alınan namizədlərdən 5-i müxtəlif siyasi partiyaları təmsil edir, digər 11 nəfər isə bitərəfdir.

Şəki sakinləri seçki məntəqələrində