Bəzi siqaretlərin qiyməti aşağı düşüb

Azərbaycanda bəzi siqaret markalarının qiyməti enib
"Japan Tobacco International" şirkətindən verilən məlumata görə, bu gündən "Winston", "Sobranie" və "Camel" markalı siqaretlərin qiymətində azalma baş verib.
Bundan başqa, şirkətin istehlakçılarına təklif etdiyi "More" markalı siqaret 2 həftə öncə 1,20 manata qədər ucuzlaşıb.
Şirkət rəsmisi bildirib ki, "Winston" markalı siqaretin qiyməti 3,30 manatdan 2,80 manata, "Sobranie" (böyük) 7 manatdan 5 manata, "Camel" 3,50 manatdan 3 manatadək enib.
"Ucuzlaşmaya səbəb istehlakçıların alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Bunun nəticəsində istehlakçılar daha ucuz siqaretlər əldə etməyə çalışırlar ki, onların əksəriyyəti qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilir", - deyə şirkət rəsmisi qeyd edib.
42-ciparalel.az