Azərbaycanlı qadın onu döyən rus polisi məhkəməyə verdi (FOTO)

42-ciparalel.az
Polis onu miqrant olduğu üçün döyüb.
Rusiyada azərbaycanlı qadın onu döyən polisi məhkəməyə verib.
Sankt-Peterburqda yaşayan İradə Rəcəbəliyeva onu söyərək döyən Roman Talpeyeva qarşı iddia irəli sürüb.
Onun sözlərinə görə, heç kimin onun belə təhqir etməyə ixtiyarı yoxdur: "Mən, hətta, cinayətkar olsaydım belə, bu cür hərəkətlərlə rastlaşmamalı idim. Bunun üçün məhkəmə var", - deyə azərbaycanlı qadın söyləyib.
Ailənin vəkili Sergey Yeqorov deyir ki, nədənsə, Rusiya tərəfi bu barədə heç nə demir: "Nə vaxt , müstəntiqə zəng edirəm, görüş təyin edirəm, o, gah xəstələnir, gah da, vaxtı olmur görüşməyə", - deyə vəkil əlavə edib.
Hal-hazırda polisin belə qanunsuz şəkildə İradəni döyməsi məsəlisi ilə bağlı iş gedir, fakt araşdırılır.

Roman Talpeyev - baş leytinant
Hadisə bu ilin yay ayında baş verib. Roman Talpeyev adlı polis qadının işlədiyi dükana daxil olaraq, əvvəlcə tərəzini itələyib. Buna etirazını bildirən İradənı sonradan polis döyməyə başlayıb. Hadisənin baş verdiyi ərazinin yaxınlığında yerləşən kafelərində birində İradənin uşaqları bunu görərək, analarının yanına qaçıblar. Lakin xanım uşaqlarının ona yaxın buraxılmadıqlarını deyib:
"Məni söyə-söyə bir polis döyməyə başladı. Digər polis isə uşaqlarımı saxlayaraq, mənə yaxın buraxmırdı. Mən nə baş verdiyini anlamırdım. Daha sonra məni əli qandallı növbətçi hissəyə apardılar", - deyə İradə bildirib.
Yaralanmış qadın təcili tibbi yardım çağırmağı xahiş edib. Əvvəlcə onu Oftalmologiya mərkəzinə, daha sonra isə Marinskiy xəstəxanasına aparıblar. Ona sağ gözünün və döş qəfəsinin ağır zədələnməsi diaqnozu qoyublar.
Məlum olub ki, baş leytenant Roman Talpeyev İradəni miqrant olduğuna görə təhqir edib və ölkəsində belə insanların bizneslə məşğul olmağını istəmir. O, hətta, sosial şəbəkələrdə digər polisləri də qeyri-leqal immiqrasiya ilə mübarizə aparmağa çağırıb.

Baş leytiant Roman Talpeyevin sosial şəbəkələrdə paylaşdığı foto
Araşdırmalar zamanı polis əməkdaşının bundan əvvəl də miqrantlarla kobud davrandığı üzə çıxıb. Belə ki, o, başqa ölkədən olan gənci diz üstə çökdürüb və bunu çəkərək, internetdə paylaşıb.

Roman Talpeyevin gənci diz çökdürməsi
Əslən Azərbaycandan olan 47 yaşlı İradə Rədjəbəliyeva iki uşaq anasıdır. O, 18 yaşında Kareliya Respublikasına köçüb. Burada Tibb Texnikomunu bitirdikdən sonra, 12 il tibb bacısı kimi fəaliyyət göstərib. Daha sonra isə 2000-ci ildən ailəsi ilə birgə Sankt-Peterburqa köçüb və burada bizneslə məşğul olmağa başlayıb. Onun ərzaq dükanı və "Sosnovka" adlı kafesi var.