Ağdam rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu mütəmadi olaraq keçirilir

Ağdam rayon İcra Hakimiyyətində hər həftənin ikinci günü olduğu kimi, bu həftə də vətəndaşların qəbulu həyata keçirilib. Qəbulda rayon İcra Hakimiyyətinin basçısı Raqub Məmmədov, hüquq-muhafizə orqanlarının rəhbərləri, yerli idarə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Ümumiyyətlə, bu hal Ağdamda artıq ənənə halını alıb. Qəbullarda problemi olan vətəndaşların problemlərinə baxılır, şikayətləri dinlənilir və İcra Başçısı tərəfindən lazımi tapşırıqlar verilir. Rayon sakinləri də müraciətlərinə operativ baxılması, problemlərinin müsbət istiqamətə həlli baxımından öz razılıqlarını bildirirlər.
42-ciparalel.az