Dəfn olunmaq üçün verilən uşaqların meyidi səhv düşdü

Uşağın dəfn mərasimində körpənin qız yox, oğlan olduğu məlum olub
Xeber Sabirabaddan olan ölmüş qız valideynlərinə səhvən ölmüş oğlan körpəsinin meyiti verilib.
Rayonunun Əsədli kəndində yaşayan Əfsanə Əliyeva 13 oktyabrda Sabirabad Perenatal Mərkəzdə dünyaya qız uşağı gətirib. Uşaqda oksigen çatışmazlığı problemi olduğundan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD xəstəxanası) əməliyyat olunmaq üçün göndərilib.
OMD xəstəxanasında qız körpəsinin öldüyünü bildirdikdən sonra uşağın meyitini valideynlərinə təhvil veriblər. Uşağın dəfn mərasimində körpənin qız yox, oğlan olduğu məlum olub.
Əliyevlər ailəsi verilən uşağın onların qızı olmadığını bildikdən sonra körpəni dəfn etməkdən imtina edərək polisə müraciət ediblər.
Elmi-Tədqiqat Pediatriya İnstitutundan isə bildirdiblər ki, texniki səhv üzündən qız körpəsinin meyiti Salyandan olan oğlan körpəsinin meyiti ilə səhv düşüb. Meyitlərin dəyişdirilməsi Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcəyi də bildirilir.