Azərbaycan 10 ölkənin işini asanlaşdırdı

Xarici İşlər Nazirliyi bu barədə rəsmi məlumat yayıb.
Azərbaycan bir sıra xarici dövlətlərin vətəndaşları üçün viza verilməsini sadələşdirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 42-ciparalel.az-a verilən məlumatda bildirilir ki, Azərbaycan prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, insanlararası təmasları artırmaq, turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn,Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına 1 fevral 2016-ci il tarixindən etibarən Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin ediləcək.
Məlumatda o da qeyd olunur ki, bu qaydalar 10 noyabr 2015-ci il tarixindən etibarənBirləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına şamil edilir.


42-ciparalel.az