Televizora baxmaq istəyən kişinin evi kül oldu

{title

42-ciparalel.az
Səhər televizora baxmaq istəyən kişinin evi külə döndü. Ağdamdakı evin tüsdüləndiyini ilk görən isə qonşular olub.

Ağdamın 4 yol-1 qəsəbəsində yanğın baş verib. Yanğın Ağdam rayonunun Güllücə kəndindən məcburi köçkün olan Sovet Məmmədovun məskunlaşdığı 360 saylı evdə qeydə alınıb. 

Ev sahibinin həyat yoldaşı Mələk Mustafayevanın sözlərinə görə, təqribən saat 07:00 radələrində otaqdakı televizoru elektrik şəbəkəsinə qoşaraq çölə çıxıb. Bir neçə dəqiqədən sonra qonşular Mələk xalaya evin yandığını xəbər verib. 


Mələk Mustafayeva - Ev sahibinin həyat yoldaşı
"Qonşu dedi Mələk xala tüstü çıxır, evdə nə var? Dedim heç nə. Qayıdanda gördüm tüstü gəlir. Qapını açdım ki, içəri girə bilmədim" - deyə ev sahibinin həyat yoldaşı Mələk Mustafayeva bildirib
FHN-nin 112 xidmətinə isə qonşular zəng edib. Dərhal əraziyə Ağdam yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını cəlb edib. 4 otaqlı evin 3 otağı alovdan mühafizə olunub. 

Yanğınsöndürənlər alovun qarşısını alıb

Quran olan otaq yanğından zərər görməyib
Yanğın baş verən otaq, çardaq hissəsi əşyalarla birlikdə yanıb. Hadisə zamanı içəridə heç kim olmadığından xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğına elektrik naqilindəki qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.