Azərbaycan turistləri bu ölkəyə vizasız gedəcəklər

{title

42-ciparalel.az

     Yeni qayda noyabrın 1-dən güvvəyə minir.
Noyabrın 1-dən Azərbaycan vətəndaşlarıİndoneziyaya vizasız səfər edə bilərlər. Bu haqda İndoneziyanın Azərbaycandaki səfirliyi məlumat verib.
Vizasız rejim yalnız turistlərə tətbiq olunacaq. İndoneziyaya turistik məqsədlərlə səfər edən Azərbaycan vətəndaşları ölkədə bir ay ərzində vizasız qala bilərlər.

Yeni qaydalara görə, Azərbaycandan gələn turistlərin pasportlarına ölkədə 30 gün ərzində qalmağa icazəni nəzərdə tutan möhür vurulacaq. (Bu müddət uzadıla bilməz.) Buna görə turistdən əlavə pul alınmayacaq.
Viza rejiminin ləğvi haqda qərar İndoneziya və Azərbaycan arasında turizm sahəsində münasibətlərin genişləndirilməsi üçün qəbul edilib.