SOCAR: Qiymət Mehdiyevin 20 milyon dollarlıq 16 villa alması araşdırılır

{title

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşının xaricdə villalar alması barədə KİV-də yer alan məlumatlar hazırda şirkət tərəfindən araşdırılır.

SOCAR-dan verilən məlumata görə, bu məsələ şirkətdə mövcud olan korrupsiyaya qarşı mübarizə və şəffaflıq standartlarına uyğun olaraq araşdırılır, nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq.

42-ciparalel.az saytı bundan əvvəl Türkiyədən daxil olmuş təkzibedilməz sənədlər və video-foto görüntülər əsasında Q.Mehdiyevin arvadı Könül Mehdiyevanın Bodrumun Gökçebel məhəlləsində 20 milyon dollara 16 ikimərtəbəli villa almasına dair məlumat yayıb.

Böyük rezonans doğuran bu dəhşətli korrupsiya faktı ilə bağlı bu gün SOCAR-da bütün rəhbər işçilərin iştirakı ilə iclas keçirilib. İclasda Qiymət Mehdiyevdən izahat vermək tələb olunub.

42-ciparalel.az