Azərbaycan Rusiyaya nisbətən böhrandan daha rahat çıxacaq

{title

Beynəlxalq Valyuta Fondu Azərbaycan barədə nikbin proqnozla çıxış edib.
 
Azərbaycan iqtisadi böhranı Rusiya ilə müqayisədə daha rahat başa vuracaq. ANS PRESS-in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) açıqlama verib. 
BVF-nin proqnozlarına görə, 2016-cı ildə Rusiyanın ümumi daxili məhsulu (ÜDM) 1% azalacaq. Bununla da BVF bu ölkə üçün oktyabr ayında verdiyi proqnozu bir xeyli pisləşdirib. Oktyabrda BVF Rusiya üçün iqtisadi azalmanı 0,6% səviyyəsində proqnozlaşdırmışdı. Qurumun ekspertlərinin fikrincə, Rusiya iqtisadiyyatı neftin qiymətinin düşməsi və qərbin sanksiyaları üzündən ressesiyada çabalamaqda davam edəcək. 
Əlbəttə, BVF-nin bu xəbəri Kreml üçün ilk bədbin yenilik deyil. Fondun qiymətləndirməsinə görə, Rusiya 2015-ci ili ÜDM-in 3,7% azalması ilə başa vurub. 
Amma BVF-nin Azərbaycan iqtisadiyyatı üçün proqnozları elə də pessimist deyil. Fondun ekspertlərinin fikrincə, Azərbaycan ÜDM-i 2016-cı ildə 1% artacaq. BVF-nin qiymətləndirməsinə görə, 2015-ci ili Azərbaycan ÜDM-in 1,1% real artımı ilə başa vurub.
Fond rəsmiləri 2016-cı ildə qlobal iqtisadi artımın 3,4 faiz olacağını deyib. Bu, əvvəlki 3,6 faizlik proqnozdan daha aşağı göstəricidir. 
Ekspertlər bunu dünyada baş verən iqtisadi proseslər fonunda Çinin ticarət dövriyyəsinin aşağı düşməsi ilə əlaqələndiriblər. Bu, eyni zamanda, xammal bazarına və Amerikada iqtisadi artımın zəifləməsinə səbəb olacaq.

Fond Rusiya və Braziliyada vəziyyətin qənaətbəxş olmadığını hesab edir
Beynəlxalq Valyuta Fondu - Beynəlxalq maliyyə təşkilatlarından biri. Əsası 1944-cü ildəABŞ-ın Hempşir ştatının Bretton-Vuds ayalətində BMT-nin valyuta konfransında qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, bunula da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədi ilə yaradılan beynəlxalq maliyyə inistitutudur.
 
42-ciparalel.az