"Avroliqanın qalibi ola bilərik" – "Anderlext"in futbolçusu

"Anderlext"in futbolçusu Stefano Okaka Avropa Liqasının kubokunu qazanmaq şanslarını olduğunu düşünür.
42-ciparalel.az-ın xəbərinə görə, bu barədə o, "HLN Sport Plus"a açıqlamasında bildirib:
"Avropa Liqasına əsas hədəfimiz qrup mərhələsindən çıxmaqdır. Biz "Monako"ya qarşı yaxşı oynadıq, "Tottenhem"i isə məğlub etdik. Bununla, həqiqətən də Avropa səviyəsində klub olduğumuzu sübuta yetirdik. Bəlkə, zarafat kimi görünə bilər, ancaq Avropa Liqasının qalibi də ola bilərik. Bunun üçün çalışmalıyıq".
Qeyd edək ki, "Anderlext" "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinəki rəqiblərindən biridir.