“Azərpoçt” və "Azərkosmos"a ayrılan pullarla bağlı yoxlama

Hesablama Palatasında bu məsələ müzakirə edilib.
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. 42-ciparalel.az-ın məlumatına görə, kollegiya iclasında 2015-ci il iş planına uyğun həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.
"Azərpoçt” MMC tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunması, "Azərkosmos"ASC tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin, cəlb edilən kreditlərin və büdcədənkənar vəsaitlərin istifadəsinin, kreditlərin qaytarılma vəziyyətinin, dövlət büdcəsinin gəlirlərinin və büdcədənkənar vəsaitlərin hesablanması və ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair, eləcə də dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Sumqayıt Şəhər İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair məsələlər müzakirə edilib.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya Qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiya Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı Audit proqramlarını da təsdiq edib.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakıçıxışında Hesablama Palatasının işinə toxunmuşdu. Dövlət başçısı maliyyə nəzarətinin daha da gücləndirilməli olduğunu qeyd edib. "Xüsusilə Hesablama Palatasının işi daha da səmərəli şəkildə təşkil edilməlidir. Dövlət qurumlarının, dövlət şirkətlərinin xərclərinə çox ciddi nəzarət olmalıdır. Deyə bilmərəm ki, əvvəlki illərdə nəzarət lazımi səviyyədə idi. Bəzi hallarda dövlət qurumları, dövlət şirkətlərimiz lazım olmayan, səmərəsiz xərclər edirdilər. Buna son qoyulmalıdır. Burada maliyyə nəzarəti çox güclü, ciddi olmalıdır. Pozuntulara yol verən şəxslər ciddi cəzalandırılmalıdırlar".

42-ciparalel.az