"Qəbələ" 12 qat İsveçrə çempionuna divan tutdu

Roman Qriqrçuk yetirmələrini bu dəfə İsveçrə klubu ilə oyunda sınayıb.
Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ikinci yoxlama oyununu keçirib.
42-ciparalel.az-ın məlumatına görə, baş məşqçi Roman Qriqrçuk yetirmələrini bu dəfə İsveçrə klubu ilə oyunda sınayıb.
"Qəbələ"nin rəqibi "Sürix" klubu olub. Oyun təmsilçimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Aleksey Antonov dubl edib, Vadim Abdullayevlə Samir Zərgərov hərəyə bir qol vurub.

"Sürix" klubu
"Sürix" zəngin tarixə malikdi. 1896-cı ildə yaradılan Sürix şəhərinin eyniadlı klubu bu il 120 yaşını qeyd edəcək. 12 dəfə ölkə çempionu olan komanda 8 dəfə İsveçrə kubokunu qazanıb. 2 dəfə UEFA Çempionlar Kubokunun yarımfinalına yüksələn "Sürix” ötən mövsüm ölkəsində bürünc medala yiyələnib. Finlandiya futbolunun əfsanələrindən olan Sami Hyuypiyanın baş məşqçisi olduğu "Sürix” cari mövsümün ilk yarısını uğursuz keçirib. 18 turdan sonra 17 xalı olan komanda 10 iştirakçı arasında 9-cudu. Cari mövsüm Avropa Liqasında çıxış edən sürixlilər III təsnifat mərhələsində mübarizəni dayandırıb.
Qeyd edək ki, "Qəbələ" Antalyada ilk oyununu Almaniyanın "Osnabruk" (Almaniya) klubuna qarşı keçirib və 1:1 hesablı heç-heçəyə razılaşıb. "Qırmızı-qaralar" son matçını yanvarın 24-də "Dnepr" (Ukrayna) qarşı keçirəcək.
Antalya
Yoxlama oyunu
20 yanvar
Qəbələ (Azərbaycan) - Sürix (İsveçrə) 4:0
Qollar: Vadim Abdullayev, 20. Aleksey Antonov, 73; 76. Samir Zərgərov, 80.
Qəbələ: Dmitri Bezotosnı, Arif Daşdəmirov, Rafael Santos, Vojislav Stankoviç, Məhəmməd Mirzəbəyov, Vadim Abdullayev, Aleksey Qay, Rəşad Eyyubov, Sergey Zenyov, Ermin Zets, Dodo.
"Miracle” otelinin stadionu.

42-ciparalel.az