İker Kasilyas karyerasında 900-cü oyununa çıxıb

42-ciparalel.az

İker Kasilyas karyerasında 900-cü oyununa çıxıb.
34 yaşlı qolkiper "Porto" - "Braga" (0:0) matçında meydana çıxmaqla bu göstəriciyə nail olub. Kasilyas 725 dəfə "Real"ın, 164 dəfə İspaniya millisinin, 11 dəfə isə "Porto"nun qapısını qoruyub.
Daha öncə ispan qapıçı Çempionlar Liqasında keçirilən oyunların və "quru" oyunların sayına görə rekord yeniləmişdi.