“Qiymətlər necə var elə də qalacaq” - Nazir müavini

"Azərbaycan ərazisində nəqliyyat tariflərinin artırılması nəzərdə tutulmur”.
42-ciparalel.az-ın APA-ya istinadən xəbərinə görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. Onun sözlərinə görə, qiymətlər necə var elə də qalacaq: "Tariflərin artırılması barədə Tarif Şurasına müraciət olunmayıb, bu məsələ gündəmdə də deyil”.
Nazir müavini onu da bildirib ki, hazırda ölkəyə yeni gətirilən avtobusların xəttə buraxılması nəzərdə tutulur.
42-ciparalel.az