Maşın 6 tələbəni birdən vurdu

{title

Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında "Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 6 piyadanı vurub Yaralanan şəxslər Klinik Tibbi Mərkəzə (KTM) gətiriliblər. Bu barədə APA-ya KTM-dən məlumat verilib. Məlumata görə, xəsarət alanların əksəriyyəti tələbədir. Yaralıların şəxsiyyətini müəyyənləşdirmək mümkün olub:  Rzayev Fərhad (1999)  Qarayev Əhməd Daşqın  (1995) Səlimov Əhməd Sabir (1993) Xəlilova Leyla Sabir qızı (1994) Eyvazova Məryəm Əsəd qızı (1998) Ələkbərzadə Cabir Elxan oğlu Bakıda dəhşətli yol qəzası baş verib. Hadisə bu gün saat 18:10 radələrində Yasamal rayonu ərazisində - Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında qeydə alınıb. "Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 5 piyadanı vurub. Daha sonra minik maşını polis avtomobilinə çırpılıb. İlkin məlumata görə, vurulan piyadalardan biri dünyasını dəyişib. Digərlərinin vəziyyəti isə ağırdır. Yasamal Rayon Polis İdarəsindən APA-ya qəzanın baş verməsini təsdiqləyiblər. Bildirilib ki, yol-nəqliyyat hadisəsi barədə polisə məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu çıxıb: "Qəzanın baş vermə səbəbləri, ölən və yaralananlar barədə hələlik heç bir məlumat yoxdur”. Qəzada yaralanan şəxslər Klinik Tibbi Mərkəzə (KTM) aparılıblar. KTM-dən bildirilib ki, onların əksəriyyəti tələbədir. Yaralıların şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.