Böyük faciənin 40 günü - 22 neftçi hələ də tapılmayıb

{title

Bu gün "Günəşli” yatağında baş verən hadisədən 40 gün keçir

 


"Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 2 gəmisi axtarışlar aparır.

Bu barədə "Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib. 

Bildirilib ki, "Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Dövlət Sərhəd Xidmətinin (DSX) 2 gəmisi Türkmənistan istiqamətində axtarışlar aparır.

Qeyd olunub ki, hazırda "Günəşli” yatağında yanğın davam edir və BP-yə məxsus 2 gəmi yanğının söndürülməsi ilə məşğuldur. 

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 11 nəfərin cəsədi tapılıb. 

Hazırda 22 neftçinin axtarışları davam edir. Onlardan 19 nəfər "Günəşli” yatağında, 3 nəfər isə "Neft daşları”nda baş verən hadisə zamanı itkin düşüb.
 
42-ciparalel.az