Turizmdə böhran: Azərbaycan otelləri boş qalıb

"Sheki Palace Hotel”də isə özümüzü müştəri kimi təqdim edib boş otaqların sayı ilə maraqlananda öyrəndik ki, minimum qiyməti 90 manatdan başlayan otel otaqlarının əksəriyyəti boşdur. Otelin əməkdaşı deyir ki, qonaq olan və hazırda təmirdə olan otaqları çıxmaqla oteldə cəmi 45 boş otaq var. "Sheki Palace Hotel”in rəsmi saytında isə qonaqlama üçün iş adamları və turistlərə 46 otağın təqdim olunduğu yazılıb. Bu isə o deməkdir ki, oteldə cəmi 1 otaq doludur.
"SamaxiPalaca Sharadil” oteldə də oxşar vəziyyətdir. Otelin qeydiyyat şöbəsindən əldə etdiyimiz məlumata görə, hazırda otelin cəmi 20 faizi doludur:"Oteldə cəmi 102 otağımız var, minimum qiymət 110 manatdan başlayır. Bu qiymətə səhər yeməyi və SPA xidməti daxildir. Otaqların qiyməti həftənin günlərinə görə də dəyişə bilir. Məsələn, həftəsonları ucuz olur. Hazırda isə cəmi 102 otaqdan 80-i boşdur”.
42-ciparalel.az